HƏRBİ

Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərlə bağlı mühüm qərar

Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylər Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı məktəblər olacaqlar.
Sputnik
BAKI, 1 iyul - Sputnik. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi olacaq.
Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi idi.
Qərara əsasən, lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutacaq.
Eyni zamanda, qərara əsasən, Liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.
Liseyin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetin rektoru ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edəcək.
Həmçinin, qərara əsasən, Heydər Əliyev adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi olacaq. Liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.