BAKI, 1 iyul — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,41 ABŞ dolları və ya 2,6% azalaraq, 123,4 dollar təşkil edib.
Xatırladaq ki, ötən gün "Azeri Light" markalı neftin qiyməti 2,13 dollar artaraq 126,81 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya, iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.