BAKI, 1 iyul — Sputnik. Almaniya sakinləri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl etməyin vacibliyi barədə sözlərə görə vitse-kansler Robert Habeki fitə basıblar.
Bu barədə Almaniyanın "Die Welt" qəzeti yazır.
Habek böyük PCK neft emalı zavodunun yerləşdiyi Şvedt şəhərində çıxış edib. Müəssisə Almaniyanın Rusiya neftinin tədarükündən tamamilə imtina etmək qərarına görə çətinliklər yaşayır.
Almaniya vitse-kansleri maaşlarını itirməkdən qorxan işçiləri əmin edib ki, "hakimiyyət zavoda və bütövlükdə bölgəyə dəstək olmaq üçün əlindən gələni edəcək". Onun sözləri fit və qəzəbli qışqırıqlarla qarşılanıb.
"Die Welt"in oxucuları Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərə görə Almaniya iqtisadiyyatının parlaq gələcəyinə şübhə ilə yanaşırlar. Onların bir çoxu sanksiyalara yenidən baxılmasını istəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.