FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dəniz, günəş, qum: Azərbaycanda çimərlik mövsümü açılıb

Yay mövsümünün başlanması ilə əlaqədar yerli sakinlər və paytaxt qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.
Sputnik
BAKI, 30 iyun — Sputnik. İyunun 15-də Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq açılıb. Bununla bağlı Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə çimərliklərin təmizlənməsi tapşırılıb.
1 / 16

Mövsüm başlayan kimi təkcə azərbaycanlılar deyil, paytaxtın qonaqları da üzmək və bol D vitamini qəbul etmək üçün Abşeron çimərliklərinə axışıblar.

2 / 16

Vətəndaşların asudə vaxtının təşkili üçün kifayət qədər stul və hamaklar, həmçinin tullantılar üçün konteynerlər quraşdırılıb.

3 / 16

Təmizliyin lazımi səviyyədə saxlanılması üçün burada xidmət göstərən işçilər çalışır.

4 / 16

Bütün bunlara əlavə olaraq, qanuni çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, təcili tibbi yardım məntəqələri, həmçinin ziyarətçilərin müxtəlif ərzaq və sərinləşdirici içkilər ala biləcəyi köşklər də fəaliyyət göstərir.

5 / 16

Bakı çimərliyindəki pianonun yanında qız müxtəlif pozalarda şəkil çəkdirir.

6 / 16

Bakıda çimərlik mövsümünün açılışı.

7 / 16

Gənc oğlan köpəyi ilə Bakıda dəniz sahilində gəzir.

8 / 16

Çimərlik qumunda oynayan uşaq.

9 / 16

Bakıda gənclər dəniz sahilində avtomobilin fotoşəklini çəkirlər.

10 / 16

Gənclər Bakıdakı çimərliklərdən birində əylənirlər.

11 / 16

Qeyd edək ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən lazımi təhlükəsizlik tədbirləri görülüb.

12 / 16

Aprel ayından etibarən müvafiq idarələrin nümayəndələrinin iştirakı ilə sahilyanı ərazilərdə monitorinqlər aparılır.

13 / 16

Yoxlamalar zamanı çimərlik kimi istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib.

14 / 16

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki "Mil-Qaya" və "Severnaya QRES" adlanan ərazilər çimənlər üçün kifayət qədər təhlükəlidir.

15 / 16

Orada güclü sualtı axınlar var və qayalıq qırıqlarına rast gəlmək mümkündür.

16 / 16

Azərbaycanda çimərlik mövsümü sentyabrın 15-dək davam edəcək.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.