BAKI, 30 iyun — Sputnik. Bakı məktəblərinin əksəriyyəti növbəti üç il üçün vahid forma seçib. Bu forma, mavi və boz, eləcə də ağ və mavi geyim dəstləridir. Yaxın vaxtlarda yeni nümunələr üzrə geyimlərin kütləvi şəkildə tikilməsinə başlanılacaq.
Xatırladaq ki, 2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri" sənədini təsdiqləyib. Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.
Məktəblərin seçimindən asılı olaraq formalar aşağıdakı rənglərdə hazırlana bilər: tünd boz, tünd göy, tünd qəhvəyi və xaki rəngli şalvar və ətəklər, həmçinin, ağ, göy və bej rəngli polo tipli köynəklər. İstehsalçılar yun, polyester və pambıq parçalardan istifadə etməlidirlər.
Bakı məktəblərinin yeni forması
© Sputnik
Martın 1-dək məktəblərin pedaqoji şuralarına rəng sxemini seçmək həvalə edilib. Şagirdlər müəllimlər şurasının növbəti qərarına qədər bir neçə il seçdikləri formanı geyinməlidirlər.
Nəticədə, paytaxt məktəblərinin əksəriyyətinin qərarı ilə seçim mavi və boz rənglərdə aşağı geyimə, eləcə də ağ və mavi tonlarda üst (polo tipli köynəklər) geyimə düşdü.
Kütləvi tikişə hazırlıq
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, yeni məktəbli formasının bu ilin iyulun sonu və ya avqust ayında satışa çıxarılacağı gözlənilir.
Kütləvi buraxılış üçün hər şey hazırdır. Səkkiz yüz dərzi parçanın gəlməsini gözləyir. Fabrik Türkiyədə kütləvi istehsal üçün material sifariş edib. Material yaxın 4-5 həftə ərzində Bakıya gətiriləcək. Fabrik yalnız ən keyfiyyətli parçalardan istifadə edəcəyini vəd edir. Gödəkçələrin tikilməsi üçün 100% pambıq parçadan, şalvar və ətəklərdə isə 60% yun və 40% polyesterdən ibarət parçalar əsas götürüləcək. Fabrik, hələ ki, qəlib üçün qiymətləri müəyyən etməyib, - deyən Əzimov qiymət siyasətinin birbaşa materialların qiymətindən asılı olduğunu bildirib.
Bakı məktəblərinin yeni forması
© Sputnik
İlk mərhələdə fabrik yay geyim variantlarının istehsalına başlayacaq. Valideynlər daha sonra qış mövsümü üçün uzunqollar, gödəkçələr, ətəklər və şalvarlar ala bilərlər. Fabrik, hətta forma tikmək üçün verilən son tarixləri yerinə yetirməsə belə, yəni dərs ili başlamazdan əvvəl - sentyabrın 15-də hökumət tələbələrə daha bir il köhnə forma geyinməyə icazə verib, onu da almaq olar – deyə BTE, satış şöbəsinin müdiri bildirərək əlavə edib. - Yeri gəlmişkən, BTE-nin anbarlarında bu geyimlərdən kifayət qədər toplanıb.
Görünməmiş həll
Təhsil sistemi tarixində ilk dəfə olaraq azərbaycanlı məktəbli qızlara şalvar geyinməyə rəsmi icazə verilib ki, bu da yaxın vaxtlarda Fabrikdə tikiləcək. Onlar klassik kişi şalvarlarından çox da fərqlənməyəcəklər. Onların , əsasən, şagirdlər tərəfindən yalnız qış mövsümündə geyinilməsinə icazə veriləcək. Bundan əlavə, məktəblilər narahat olan gödəkçələr əvəzinə trikotaj cemperlər geyinəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.