FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Arıçılığın inkişafı üçün peşəkarlardan təklif - Fotolar

Arıçılar dövlətin hər bir arı ailəsi üçün subsidiya ayrılmasını çox yüksək dəyərləndirirlər. Lakin hesab edirlər ki, bu vəsait onlara bal mövsümünün sonunda yox, əvvəlində verilsə, yaxşı olar.
Sputnik
Qərb bölgəsi bu il arıçılar üçün qeyri-stabil keçir. Qışda bəzi arıxanalarda arıların qırılması, yazda isə qeyri-sabit hava arı ailələrinin inkişafını ləngidib. Əsas nektar verən bitkilərin çiçəkləmə dövründə isə yağıntıların düşməsi məhsul bolluğuna öz mənfi təsirini göstərir.
Lakin müəyyən vəsait hesabına təcrübəli arıçılar bu vəziyyətdən çıxmağa çalışırlar. Bunun üçün əlavə xərc çəkməli olurlar. Bir çox arıçılar isə həmin vəsaiti tapmaqda çətinlik çəkirlər. Dövlətin hər bir arı ailəsi üçün subsidiya ayrılmasını çox yüksək dəyərləndirən arıçılar onun arıçıya ən lazım olan vaxtda verilməsini önəmli hesab edirlər. Belə olduqda onlar müəyyən xərclərini subsidiya ilə qarşılaya biləcəklərini deyirlər.
1 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

2 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

3 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

4 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

5 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

6 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

7 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

8 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

9 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

10 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

11 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

12 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

13 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

14 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

15 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

16 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

17 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

18 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

19 / 19

Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarovun arıçılıq təsərrüfatı

30 ilə yaxındır ki arıçılıqla məşğul olan Qazax rayonunun Orta Salahlı kəndinin sakini İsmayıl Omarov subsidyanın arıçıya artıq bal mövsümünün sonunda yox, əvvəlində verilməsini məqbul hesab edir.
"50 yeşiyədək arı ailəsinə baxıram. Mövsüm belə qeyri-sabit keçəndə arının bal gətirmə qabliyyətini yaxşılaşdırmaq üçün daha çox vəsaitə ehtiyac olur. Bu da arıçılarda problem yaradır. Hazırda subsidiya bal süzülən vaxt verilir. Onda artıq arıçının özü gəlir əldə edir. Amma bu vəsait mart, aprel ayında, arıya tələbat vaxtı köçürülsə, daha yaxşı olar. Lazım olan dərmanlardı, daşınmalardı, bunun hamısı xərc tələb edir. Həmin vəsait hesabına arıçı bu xərclərini qarşılaya bilər", - deyə İ.Omürov bildirib.
Arıçılar arıxanada əsas xərclərin yaz aylarında başladığını deyir. Bu dövrdə arı ailələrində xəstəliklərə qarşı profilaktika üçün preparatlardan istifadə edilir. Çərçivələr, mum vərəqləri, yeni pətəklər alınır. Bütün bunlar isə arıçı üçün müəyyən xərcə başa gəlir. Arıçı Murad Mehdiyev bir təzə arı yeşiyinin qiymətinin 80-110 manat civarında olduğunu deyir:
"Xərc aparan şeylərdən biri də qoyulan ramkalar, yeni yeşiklərdi. Bunların hamısını da yaz aylarından hazır etmək lazım gəlir. Məsələn, keçən illə bu ilə baxanda arı ramkalarında 1 manat artım var. O da ümumi götürəndə arıçıya filan qədər ziyana başa gəlir. Bu səbəbdən arıçıya əsas vəsait yazda lazım olduğundan, subsidiyaların da yazda verilməsi məqsədəuyğun olar".
Subsidiyarın arıçılara vaxtında ödənilməməsinin səbəblərinə gəlincə, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, hazırda arıxanaların monitorinqi davam edir və proses yekunlaşdıqda subsidiyaların ödənişi həyata keçiriləcək. Bu isə müəyyən zaman apardığından yaz aylarında subsidiyanın köçürülməsi mümkün olmur.
Qeyd edək ki Qazax rayonunda ümumilikdə 607 arıçı qeydiyyatdan keçib. Onların da 10 min 131 arı pətəyi var. Keçən illə müqayisədə rayon üzrə qeydiyyata alınan arı pətəklərinin sayı bu il 1500-dən çoxdur. Dövlət arıçılığın inkişafı məqsədilə hər bir arı ailəsi üçün 10 manat subsidiya ayırıb. Bu vəsait il ərzində arıçıların hesabına köçürülür.