RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova Zelenskiyə səsləndi: jurnalistləri hədələməkdən əl çəkin

Rusiya XİN sözçüsü bildirib ki, prezident Zelenski rusiyalı jurnalistlərə qarşı gizli təhdidlərə yol verib.
Sputnik
BAKI, 29 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı jurnalistlərlə bağlı son bəyanatını şərh edib.
XİN rəsmisi Ukrayna prezidentini qanunsuzluğa son qoymağa çağırıb. Zaxarova bildirib ki, iyunun 28-də prezident Zelenski rusiyalı jurnalistlərə qarşı gizli təhdidlərə yol verib:
"O, öz işlərini, peşə vəzifələrini yerinə yetirdiklərinə görə rusiyalı jurnalistləri cəzalandıracağını vəd edib. Zelenskinin dediyi cəzalarla jurnalistlərimizi qorxutmağa çalışan Kiyev rejimi, təbii ki, qanunsuzluq və mizantropiyanın yeni üzünü nümayiş etdirir. Bu, sadəcə sinizm, ikiüzlülük deyil, həm də qanunsuzluqdur... İnsanları qorxutmağı dayandırın. KİV-də çalışanları qorxutmaqdan, hədələməkdən əl çəkin. Bunu dayandırın. Siz 21-ci əsrdə yaşayırsınız. Ölkənizdə mümkün saydığınız hər şey bizim ölkədə və sivil hesab etdiyiniz bütün dünyada qəbuledilməzdir", - brifinq zamanı Zaxarova bildirib.
Kiyev rejimi və Ukrayna xüsusi xidmət orqanları sui-qəsd cəhdləri və təxribatlarla rusiyalı jurnalistləri qorxutmaq cəhdlərini dayandırmalıdır.
"Ukrayna xüsusi xidmət orqanları uzun müddətdir ki, jurnalist mühitində çox yaxından işləyir, dəhşətli təxribatçı hərəkətlərlə çıxış edir, rusiyalı jurnalistlərə qarşı sui-qəsdlər hazırlayırdılar", - o qeyd edib.