SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xəzəryanı dövlətlərin başçılarının görüşü keçiriləcək

Aşqabadda İyunun 29-da keçiriləcək Xəzəryanı dövlət başçılarının zirvə toplantısında Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Sputnik
BAKI, 27 iyun - Sputnik. İyunun 29-da Aşqabadda Xəzəryanı dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Görüşdə Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Zirvə toplantısı çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub.
Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putinİlham Əliyev arasında Türkmnistanın paytaxtı Aşqabadda görüş olacaq. Bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, liderlərin görüşü iyunun 29-da Aşqabadda keçiriləcək Xəzər Sammiti çərçivəsində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.