BAKI, 29 iyun — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu P.V.Mandrık adına Mərkəzi Hərbi Klinik Hospitalında xüsusi hərbi əməliyyat zamanı fərqlənmiş hərbçilərə dövlət mükafatlarını təqdim edib.
Şoyqu Rusiya Qəhrəmanı ulduzlarını 41-ci Əlahiddə Ümumqoşun Ordusunun 40-cı Mühəndis Alayının komandiri, polkovnik-leytenant Rüstəm Sayfullin və 5-ci Əlahiddə Tank Bölməsinin motoatıcı tağımının komandiri baş leytenant Baldan Tsıdıpova təqdim edib. Nazir, həmçinin "İgidliyə görə" ordeni ilə təltif edilmiş hərbçilərə mükafatları, Jukov və Suvorov medallarını təqdim edib.
Şoyqu vurğulayıb ki, mükafatlandırılanların hamısı öz hərbi vəzifələrini layiqincə yerinə yetiriblər. O, hərbçilərə xidmətlərinə görə təşəkkür edib, onların tezliklə sağalmalarını arzulayıb.
İclasda nazir bir sıra kadr qərarları qəbul edib. Xüsusilə, polkovnik-leytenant Sayfullinə Tümen Ali Hərbi Komandanlıq Məktəbinin rəis müavini vəzifəsi təklif olunub. Baş leytenant Tsıdıpova Moskva hərbi komissarlıqlarından birində baş ekspert vəzifəsi təklif edilib.
Xəstəxananın rəisi Pavel Kraynyukov tibb müəssisəsinə qəbul edilmiş hərbçilərin hamısının əməliyyat olunduğunu və reabilitasiya mərhələsində olduğunu nazirə məruzə edib. Onun sözlərinə görə, yaxın vaxtlarda onlar öz bölmələrinə qayıda biləcəklər.
Bundan əvvəl, mayın 25-də Rusiya Prezidenti Vladimir Putin P.V.Mandrik adına Mərkəzi Hərbi Klinik Hospitalında olub. O, burada Ukraynada keçirilən xüsusi əməliyyat zamanı yaralanan Rusiya hərbçilərinə baş çəkib. Dövlət başçısını Sergey Şoyqu müşayiət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.