RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN xüsusi əməliyyat zamanı Mi-35 helikopterlərinin işini nümayiş etdirib

Cəmi 5-7 metr hündürlükdə saatda 200 kilometrdən çox sürətlə hərəkət edən Mi-35 meşə zolağının önündə məharətlə hündürlüyünü kəskin şəkildə qaldırır və atəş açır.
Sputnik
BAKI, 29 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyat zamanı Qərb Hərbi Dairəsinin ordu aviasiyasına məxsus Mi-35 çoxməqsədli hücum helikopterlərinin ekipajlarının döyüş fəaiyyətini əks etdirən kadrları yayımlayıb. Bu barədədə Rusiya mediası məlumat verir.
"Növbəti döyüş tapşırıqları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin idarəetmə məntəqələri və zirehli texnikası məhv edilib", - deyə nazirliyin məlumatında bildirilir.
Mi-35 cəmi 5-7 metr hündürlükdə saatda 200 kilometrdən çox sürətlə hərəkət edir, meşə zolağının önündə məharətlə hündürlüyünü kəskin şəkildə qaldırır və atəş açır. Bu bir neçə kilometr uzaqda asma trayektoriya boyunca uçan idarə olunmayan təyyarə raketləri ilə böyük məsafədəki hədəflərə atəş açmaq üçün həyata keçirilir.
Mi-35 helikopterinin ekipaj komandiri Nikolay videoda deyib ki, kəşfiyyat düşməni aşkar edib.
"Hədəf ərazidir. Komandir vəzifə qoyub... Uçuş yerinə yetirilib. Piyadaların məlumatları əsasında hədəf məhv edilib, tapşırıq yerinə yetirilib", - deyə ekipaj komandiri bildirib və arxadan helikopterə hücumun olduğunu da əlavə edib.
"Hava hücumundan müdafiə kompleksi öz vəzifəsinin öhdəsindən uğurla gəlib, raketləri yayındırıb. Heç kim xəsarət almayıb", - deyə Nikolay vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.