RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Muzdluların Nikolayevdəki təlim bazası yüksək dəqiqlikli silahlarla məhv edilib Rusiya MN

Nazirlik nümayəndəsi bildirib ki, Xerson və Nikolayev vilayətlərində sursat anbarları və yanacaq bazası məhv edilib.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Rusiya Federasiyasının silahlı qüvvələri yüksək dəqiqlikli silahlarla keçirilən xüsusi əməliyyat zamanı “Xarkov-1”“Xarkov-2” ərazi müdafiə batalyonları da daxil olmaqla dörd komanda məntəqəsini, habelə Nikolayev vilayətində əcnəbi muzdlular üçün təlim bazasını məhv edib. Bunu çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.
“Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları bir gündə dörd komanda məntəqəsini, o cümlədən Xarkov yaxınlığındakı “Xarkov-1” və “Xarkov-2” ərazi müdafiə batalyonlarını və Nikolayev şəhəri yaxınlığındakı əcnəbi muzdluların təlim bazasını məhv edib”, - o deyib.
Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri 32 rayonda, o cümlədən Lisiçanskda, Xerson vilayətinin Şevçenkov rayonunda, "Donetsk Xalq Respublikası"nın Spornı, Nikolayev vilayətinin Oçakov və Nikolayev yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin səkkiz sursat anbarına, canlı qüvvəsi və hərbi texnikasına, habelə Nikolayev vilayətinin Kulbakin rayonundakı yanacaq bazasına zərbələr endirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.