BAKI, 29 iyun — Sputnik. Kanadanın Yukon bölgəsindəki əfsanəvi Klondayk qızıl yatağında daha bir xəzinə - əbədi buzlaqda son dərəcə yaxşı qorunan mamont mumiyası tapılıb.
Yukon hökümətinin saytı xəbər verir ki, yunlu dərisi olan mamont mumiyası mədənçilər tərəfindən tapılıb. Elm adamları tapılan mamontun dişi olduğunu və 30 min ildən çox əvvəl buz dövründə öldüyünü irəli sürürlər.
Trondek Xveçin yerli hindu icmasının ağsaqqalları mamonta "Nun ço qa" adını veriblər ki, bu da "böyük heyvan balası" deməkdir.
Qeyd edilir ki, əbədi buzlaqda qorunan mumiyalanmış heyvan qalıqları Yukonda qeyri-adi hadisə deyil, lakin "Nun ço qa" Şimali Amerikada indiyə qədər tapılmış ən tam və yaxşı qorunan mamont mumiyasıdır.
O, 2007-ci ildə Sibirdə tapılan Lyuba ləqəbli mamontun mumiyası ilə, təxminən, eyni ölçüdədir. Qeyd olunur ki, bu, dünyada tamamilə bütöv tapılan ikinci mamont balası mumiyasıdır.
Qeyd etmək lazımdır ki, əvvəllər də Rusiyada və Amerikanın şimalında mamont balalarının mumiyaları tapılmış, lakin onların bir çoxunun ciddi şəkildə zədələndiyi ortaya çıxmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.