CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF-nin büdcəsi artırılır

Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun büdcəsindəki artımlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Parlamentdə Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcələrinə dəyişikliklər müzakirə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihələr barədə məlumat verib.
Büdcənin dürüstləşdirilməsi ilə bağlı təqdim olunan dəyişikliklərin Qarabağın və Şərqi Zəngəzurun daha sürətli bərpasına xidmət etdiyini qeyd edən komitə sədri xüsusi vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun büdcəsindəki artımlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.
Millət vəkili Musa Quliyev
DSMF-nin büdcəsinin həm gəlirləri, həm xərcləri bərabər olaraq, 299,5 milyon manat artırılacaq. Bunların böyük bir hissəsi cənab Prezidentin sərəncamı ilə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
O bildirib ki, təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün həm gəlirləri, həm də xərclərinin 1 milyon manat artırılır ki, bu artımların böyük hissəsi işsiz və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımızın daha geniş şəkildə aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına maddi təminat yaradacaq.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.