BAKI, 29 iyun - Sputnik. Aşqabadda altıncı Xəzər sammitində iştirak edən dövlət başçılarının dar tərkibdə görüşü keçirilir. Bu barədə RİA Novosti xəbər yayıb.
Dar tərkibdə baş tutan görüşdən sonra geniş tərkibdə görüşü də gözlənilir. Türkmənistanın rəhbəri Serdar Berdıməhəmmədovun dəvəti ilə sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti İbrahim Rəisi, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.