Mətbuat mərkəzi

Yeni geosiyasi şəraitdə Xəzər beşliyinin qarşılıqlı əlaqəsi

Gündəlikdəki mühüm məsələlərdən biri də Konvensiyanın ratifikasiyası və qüvvəyə minməsidir.
Sputnik
BAKI, 28 iyun — Sputnik. İyunun 29-da Aşqabadda VI Xəzər sammiti keçiriləcək. Sammit zamanı Xəzər dənizində çoxtərəfli əməkdaşlığın strateji xarakteri, habelə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada qeydə alınmış qarşılıqlı fəaliyyət prinsiplərinə sadiqliyinin təsdiqlənəcəyi güman edilir.
Ehtimal olunur ki, tədbirin yekunu olaraq altıncı Xəzər sammitinin kommünikesi qəbul ediləcək və orada əməkdaşlığın gələcək inkişafı ilə bağlı "beşlik"in razılaşdırılmış mövqeləri müəyyən ediləcək. Gündəlikdəki mühüm məsələlərdən biri də Konvensiyanın ratifikasiyası və qüvvəyə minməsidir. İndi o İrandan başqa bütün ölkələr tərəfindən ratifikasiya olunub.
Yüksəlmiş geosiyasi turbulentlik şəraitində Xəzərdə çoxtərəfli əməkdaşlığın inkişafına sammitin necə təsir göstərəcəyi barədə iyunun 29-da saat, 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın sosial şəbəkədəki səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.