DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xüsusi nümayəndələrin növbəti görüşünün tarixi açıqlanıb

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Ötən ilin dekabrında Ermənistan və Türkiyə normallaşma danışıqları üçün öz xüsusi nümayəndələrini təyin ediblər.
Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq üç raund danışıqlar aparıblar, birinci görüş Moskvada, digər iki görüş isə Vyanada keçirilib.