BAKI, 28 iyun - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında müharibə veteranlarına verilən müavinətin artırılması təklif olunub.
Bu təkliflə deputat Siyavuş Novruzov çıxış edib.
Deputat bildirib ki, müharibə veteranlarının aylıq təqaüdü 80 manatdan 130 manata çatdırılması yaxşı olardı: "Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər".
O qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları arasında fərq qoyulmamalıdır.
Deputat neftin qiyməti məsələsinə də toxunub: "Heç bir iqtisadçı hesablaya bilməz ki, neftin qiyməti necə dəyişəcək. Neftin və qazın qiyməti iqtisadi deyil, daha çox siyasi səbəblərlə bağlıdır. Seyid cəddinə arxayın olduğu kimi, biz də neftin və qazın qiymətlərinə arxayın olmalı deyilik".
Deputat qeyd edib ki, yeni iş yerlərləri yaratmalı, kiçik və orta sahibkarlığı, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır.