RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Xarkovdakı "Azov" dəstəsinin dislokasiya məntəqəsi məhv edilib

General-leytenant İqor Konaşenkov bildirib ki, 60-cı motoatıcı briqadanın 97-ci batalyonunu təchiz etmək üçün gələn çağırışçılar həmkarlarının minaatan atəşinə məruz qalıb.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Ukraynada keçirilən xüsusi əməliyyat zamanı aviasiya, raket və artilleriya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 380-dən çox hədəfini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri 58 ərazidə 24 komanda məntəqəsini, artilleriya və minaatan bölmələrini, 304 ərazidə canlı qüvvə və hərbi texnikanı vurub. Rusiya Aerokosmik Qüvvələrinin Xarkovdakı "Azov" nasist dəstəsinin dislokasiya məntəqəsinə və Xarkov vilayətinin Pokotilovka kəndi yaxınlığındakı 92-ci motoatıcı briqadasının batalyonlarından birinə endirdiyi zərbələr nəticəsində 100-dən çox Ukrayna hərbçisi şəxsi heyət, xarici muzdlular və 15-ə qədər zirehli və avtomobil texnikası məhv edilib", - Konaşenkov bildirib.
"Döyüş əməliyyatlarında iştirak etmək üçün səfərbər edilmiş Ukrayna vətəndaşlarının zəif hazırlığı, eləcə də əcnəbi muzdluların hazırlığının aşağı səviyyəsi "dost atəşi"nin səbəbinə çevrilir", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, 60-cı motoatıcı briqadanın 97-ci batalyonunu təchiz etmək üçün gələn çağırışçılar həmkarlarının minaatan atəşinə məruz qalıb. Oxşar hadisə Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadasında baş verib. Xarici muzdlular bu birləşmənin kəşfiyyat qrupuna atəş açıblar. Nəticədə 4 hərbçi yerindəcə ölüb, 3-ü yaralanıb", - deyə general bildirib.