DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Argentina BRİKS-ə üzv olmaq üçün müraciət ediblər

Moskva birliyin genişlənməsinə etiraz etmir, lakin namizədlərə qarşı prosedur və tələbləri müəyyənləşdirməyi təklif edir.
Sputnik
BAKI, 28 iyun — Sputnik. İran və Argentina BRİKS-ə qoşulmaq üçün müraciət ediblər.
Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
"Ağ Ev dünyada başqa nələri söndürəcəyini, qadağan edəcəyini və korlayacağını düşünərkən, Argentina və İran BRİKS-ə qoşulmaq üçün müraciət etdilər" – deyə o, qeyd edib .
Xatırladaq ki, bazar ertəsi səhər İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə üzvlük üçün müraciət edildiyini açıqlayıb.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakovun qeyd etdiyi kimi, Moskva BRİKS-in genişləndirilməsi imkanlarına müsbət yanaşır, lakin, ilk növbədə, namizədlər üçün prosedur və tələblərin müəyyənləşdirilməsini təklif edir.
Ötən həftə Çinin sədrliyi ilə birliyin 14-cü Sammiti keçirilib. Birinci gün bu toplantıda Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Braziliya prezidenti Jair Bolsonaru, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa və ÇXR rəhbəri Si Çzinpin onlayn olaraq iştirak ediblər. İkinci gün 2030-cu ilə qədər qlobal inkişaf naminə tərəfdaşlığın qurulması mövzusunda iclas keçirilib. Burada təkcə BRİKS-in beş ölkəsinin liderləri deyil, həmçinin, dəvət olunmuş bəzi dövlətlərin, o cümlədən Argentina və İranın başçıları da iştirak ediblər.
BRİKS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Peterburq iqtisadi forumu çərçivəsində yaradılıb. Cənubi Afrika 2010-cu ildə onlara qoşulub.