BAKI, 28 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,75 dollar artaraq 122,18 dollar olub.
Qeyd edək ki, ötən həftə Azərbaycan neftinin qiyməti 3,95 ABŞ dolları və ya 3,24% azalaraq 117,78 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya, iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.