RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Kiyev bunu edərsə, günün sonunda hərbi əməliyyatlar bitə bilər

Rusiya prezidentinin sözçüsü bildirib ki, biz prezidentimizin xüsusi hərbi əməliyyatın plana uyğun getdiyi və məqsədlərinə çatdığı barədə bəyanatlarını rəhbər tuturuq.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Kiyev millətçilərə silahı yerə qoymağı əmr etsə, Ukraynadakı hərbi əməliyyatlar "günün sonuna qədər" bitə bilər. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
"Ukrayna tərəfi bu günün sonuna qədər hər şeyi dayandıra bilər, bizə millətçi birləşmələrin, Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri lazımdır və biz Rusiyanın şərtlərini yerinə yetirməliyik. Hər şey günün sonuna qədər bitə bilər", - deyə Kreml nümayəndəsi Ukrayna prezidenti Vladimir Zelenskinin soyuq havalar başlamazdan əvvəl hərbi əməliyyatları dayandırmaq istədiyi barədə bəyanatını şərh edərkən deyib.
"Biz prezidentimizin xüsusi hərbi əməliyyatın plana uyğun getdiyi və məqsədlərinə çatdığı barədə bəyanatlarını rəhbər tuturuq. Qalan şeylər isə Ukrayna dövlət başçısının düşüncələridir", - Peskov əlavə edib.
Eyni zamanda o, TASS-ın Rusiya tərəfinin Ukraynada xüsusi hərbi əməliyyatı başa çatdırmaq üçün təxmini vaxt çərçivəsinin olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına "xeyr" cavabı verib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Peskov Belarusa nüvə silahı olan raketlərin verilməsi iddiasına cavab verib