BAKI, 28 iyun — Sputnik. Ağ Ev rəsmiləri Ukraynanın münaqişə başlayandan Rusiya hərbçilərinin nəzarəti altına keçən əraziləri geri qaytara biləcəyinə getdikcə daha az inanırlar. Bu barədə adı çəkilməyən ABŞ rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Co Baydenin müşavirləri Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin qələbəsi adlandırıla biləcək şeylə bağlı fikrini dəyişməli olub-olmaması və ölkə ərazisinin azaldılması ehtimalını qəbul edib-etməməsi ilə bağlı müzakirələrə başlayıblar. Lakin bu cür pessimist qiymətləndirmə Vaşinqtonun ərazi güzəştləri üçün Kiyevə təzyiq göstərmək niyyətində olması demək deyil.
CNN qeyd edir ki, ABŞ administrasiyasında heç də hamını Ukraynanın gələcəyi narahat etmir. Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ukraynalı həmkarları ilə fəal ünsiyyət qurur. Ötən həftə o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ilə Ukraynanın səylərini müzakirə edərək, telefonda saatlarla itirilmiş əraziləri yenidən azad etmək barədə danışıb.
ABŞ konqresmenlərindən birinin adı açıqlanmayan köməkçisi kanala deyib: "Ukraynanın bu əraziləri geri ala bilməsi böyük ölçüdə bizim onları necə dəstəkləməyimizdən asılıdır. O əlavə edib ki, Ukrayna ABŞ-dan ən azı 48 reaktiv yaylım atəşi sistemi tələb edib, lakin bu günə qədər ABŞ Müdafiə Nazirliyi Kiyevə yalnız 8 belə sistem təqdim edəcəyinə söz verib.
Öz növbəsində Pentaqonun nümayəndəsi və telekanalın mənbələri bildirir ki, itirilmiş əraziləri döyüş meydanında qaytarmaq üçün kifayət qədər qüvvə yerləşdirə bilsin.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.