BAKI, 27 iyun - Sputnik. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılın yeni "Xarıbülbül by AFFFAIR" kolleksiyası ilk dəfə onun vətənində təqdim olunub. Kolleksiya Azərbaycanın Vətən Müharibəsində Qələbəsi şərəfinə hazırlanıb.
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl "Xarıbülbül by AFFFAIR" kolleksiyası
© Photo : courtesy of Aisel Guseynova
Şou “Xiaomi” şirkətinin dəstəyi ilə Azərbaycan Modelyerlər Assosiasiyasının təşkil etdiyi “Baku Fashion Expo 2022” sərgisi çərçivəsində keçirilib.
Tamaşa parlaq olub: şəhərin ən hündür müşahidə göyərtələrindən biri olan Manzara Sky terrası əsl yaşıl bağa çevrilib.
Şouda media nümayəndələri, moda insayderləri və Rüfət yaradıcılığının pərəstişkarları iştirak edib, xalq artisti Aygün Kazımova tədbirin fəxri qonağı olub.
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl "Xarıbülbül by AFFFAIR" kolleksiyası
© Photo : courtesy of Aisel Guseynova
Müğənni uzun illərdir ki, onun libaslarını geyinərək modelyerlə əməkdaşlıq edir. O, bu dəfə İsmayılın yeni kolleksiyasından parıltılı kostyumda gəlib.
Müğənni həmçinin qeyd edib ki, onunla ilk dəfə 2017-ci ildə “Crystal Hall”da konsertə hazırlaşarkən başlayıb. Dizayner bütün səhnə geyimlərini hazırlayıb və o vaxtdan bəri yalnız onunla işləyir.
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl "Xarıbülbül by AFFFAIR" kolleksiyası
© Photo : courtesy of Aisel Guseynova
“Mən fəxr edirəm ki, dünya moda nümayişlərində ölkəsini layiqincə təmsil edən belə istedadlı modelyerimiz var”, - deyə Kazımova bildirib.
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl "Xarıbülbül by AFFFAIR" kolleksiyası
© Photo : courtesy of Aisel Guseynova
Qonaqlara Xarıbülbülün rənglərindən istifadə olunan geyimlər təqdim olunub. Kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bakıdan sonra kolleksiya Paris Moda Həftəsində təqdim olunacaq. Qeyd edək ki, Sputnik Azərbaycan tədbirin media tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.