RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynaya 37 min tondan çox humanitar yardım çatdırılıb - Rusiya Müdafiə Nazirliyi

Mizintsev bildirib ki, ümumilikdə Rusiya tərəfindən Ukraynada 1222 humanitar aksiya həyata keçirilib.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Xüsusi əməliyyat zamanı Rusiya Ukraynaya 37 min tondan çox humanitar yardım çatdırıb. RİA Novosti-nin xəbərinə görə, bunu bazar ertəsi Rusiya Federasiyasının Humanitar fəaliyyət üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının rəisi, general-polkovnik Mixail Mizintsev bildirib.
Mixail Mizintsev
“2022-ci il martın 2-dən etibarən Rusiya Federasiyası Ukraynaya 37 096,1 ton zəruri ərzaq, dərman və tibbi ləvazimatlar çatdırıb, 1222 humanitar aksiya həyata keçirib. Son sutka ərzində "Donetsk və Luqansk Xalq Respublikaları"nda 264 humanitar aksiya həyata keçirib, tonlarla humanitar yardım mülki əhaliyə paylanıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, bazar ertəsi "DXR" və Xerson vilayətində dörd humanitar aksiya keçirilib. Bu aksiyalar zamanı əhaliyə 331 ton zəruri mal və ərzaq paylanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.