RUSİYA

Peskov: Rusiya qlobal interneti söndürmək niyyətində deyil

Dmitri Peskov Rusiyanın özünü qlobal internetdən məhrum edəcəyi barədə Qərb dairələrində səsləndirilən fikirlərə münasibət bildirib.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Rusiyanı qlobal internetdən ayırmaq mümkün deyil, lakin bu baş versə belə, yerli internet işləyəcək.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın özünü qlobal internetdən məhrum edəcəyi barədə Qərb dairələrində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
O əlavə edib ki, Rusiya özü interneti söndürmək fikrində deyil: “Əgər internet kənardan söndürülsə, o zaman yerli resurslar işləyəcək və biz qlobal internetə birləşdiricilərin inşasını başa çatdıracağıq”.
RUSİYA
Kreml defolt iddiasına aydınlıq gətirdi