RUSİYA

Kreml defolt iddiasına aydınlıq gətirdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bloomberg agentliyinin Rusiya iqtisadiyyatının bazar ertəsi gecəsi defolt olduğu barədə iddiasına şərh verərkən deyib ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi, Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur. Məsələ ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq", - deyən Peskov əlavə edib ki, defolt iddiaları tamamilə əsassızdır.
"Çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni, bu halda vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”, - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, Bloomberg agentliyi Rusiya iqtisadiyyatının bazar ertəsi gecəsi defolt olduğunu iddia edib. Agentliyin yazdığına görə, bu defolt Rusiyada 1918-ci ildən bəri ilk dəfə baş verib.
RUSİYA
ABŞ-da Rusiyaya sanksiya tətbiq edən ölkələrin koalisiyasını yaratmaq təklifi verilib