CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan Gürcüstana tonlarla yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb

Əsasən yük maşını sürücüləri kustar üsullarla hazırlanmış yanacaq çənlərində Gürcüstana qanunsuz yanacaq keçirilməsinə cəhd edirlər.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Son 6 ay ərzində “Sınıq körpü” və “Laqodexi” gömrük-keçid məntəqələri vasitəsilə Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. Bildirilib ki, əsasən yük maşını sürücüləri kustar üsullarla hazırlanmış yanacaq çənlərində Gürcüstana qanunsuz yanacaq keçirilməsinə cəhd edirlər. Nazirlik yük maşını sürücülərini qanunsuz əməllərdən çəkinməyə çağırıb.
Qeyd olunub ki, Gürcüstanın gömrük xidməti sərhəd-keçid məntəqələrindən ölkəyə qanunsuz yanacaq idxalının qarşısının alınması ilə bağlı ciddi nəzarət həyata keçirir (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.