SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi ilə bağlı çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirilib.
Sputnik
BAKI, 27 iyun - Sputnik. "Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizinin inkişaf etdirilməsində maraqlıdır".
Bu sözləri Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidir:
"Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur. İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb".
Bayramov qeyd edib ki, müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasını vacib hesab edir:
"Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud olan problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıqsa, digər tərəfdən müzakirə mövzusunda çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirilib".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.
SİYASƏT
"Azərbaycan, Türkiyə və Qazaxıstanla münasibətləri anlatmağa gərək yox, üç qardaş ölkəyik"