BAKI, 27 iyun - Sputnik. Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Türkmnistanın paytaxtı Aşqabadda görüş olacaq. Bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, liderlərin görüşü iyunun 29-da Aşqabadda keçiriləcək Xəzər Sammiti çərçivəsində baş tutacaq.
Putin həmçinin İran və Türkmənistan liderləri İbrahim Rəisi və Serdar Berdiməhəmmədovla da danışıqlar aparacaq.
***
İyunun 29-da Aşqabadda Xəzəryanı dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Azərtac xəbər verir ki, görüşdə Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Zirvə toplantısı çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinin gələn həftə Tacikistana səfər edəcəyi barədə Rusiya KİV-lərində məlumat yayılıb.
O da bildirilirdi ki, bu həftə Rusiya Prezidenti Xəzər sammitində iştirak etmək üçün Türkmənistan paytaxtı Aşqabada da səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.