BAKI, 27 iyun - Sputnik. Dünyada meymun çiçəyi xəstəliyinin yayılması virusun mutasiyasının artması ilə bağlı ola bilər. Bu barədə cümə günü Britaniya mətbuatı Portuqaliyanın Milli Səhiyyə İnstitutunun alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Hesabatın müəlliflərindən biri Joao Paulo Gomes bildirib ki, "2022-ci ildə meymun çiçəyi virusunda bu qədər çox mutasiya tapmaq olduqca gözlənilməz olub".
O, əlavə edib ki, “əslində bu tip virusun genomik xüsusiyyətlərini nəzərə alsaq, hər il bir və ya ikidən çox mutasiya müşahidə olunmur”, lakin bu il artıq 50 mutasiya müəyyən edilib.
Bildirilir ki, alimlər tədqiqatda temporal dinamikada genomik ardıcıllıqların yenidən qurulmasına imkan verən metagenomik üsullardan istifadə ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının hazırkı meymun epidemiyasının beynəlxalq narahatlıq doğuran, ictimai səhiyyə üçün fövqəladə hal təşkil edib-etmədiyini müəyyən etmək məqsədilə ilk iclas cümə axşamı Cenevrədə keçirilib.
Komitəyə həmçinin 14 ekspert, o cümlədən Rusiya Vektor Mərkəzinin rəhbəri Rinat Maksyutov daxildir.
Cari ilin əvvəlindən dünyanın 48 ölkəsində 3,2 mindən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.