FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yola saldığımız həftənin ən parlaq fotoları

Keçən həftənin ən əlamətdar hadisələri dünya agentliklərinin fotojurnalistləri tərəfindən lentə alınıb.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Ən parlaq kadrlar Sputnik Azərbaycan-ın seçimindədir. Dünyanın ötən həftə necə yaşadığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanmış fotolara nəzər salın. Sputnik Azərbaycan dünya xəbər agentliklərinin fotomüxbirlərinin yaddaşlara köçürdüyü hadisə və duyğulu anları təqdim edir.
1 / 25

Modellər Parisdə keçirilən moda nümayişi zamanı alt paltarlarını təqdim edirlər.

2 / 25

Yanğınsöndürənlər İspaniyanın Pumarexo de Tera şəhəri yaxınlığında yanan meşəni söndürürlər.

3 / 25

ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rehobot Biç şəhərindəki Qordons gölü yaxınlığında velosipeddən insanların üzərinə yıxılması.

4 / 25

Əfqanıstanın Bernal dairəsində baş verən zəlzələdən sonra dağılmış evlərin dağıntıları arasında gəzən uşaq.

5 / 25

ABŞ-ın Laquna Nigel şəhərində sahilyanı yanğın nəticəsində təpənin yamacındakı dağıdılmış evlərin havadan görünüşü.

6 / 25

Honduras xüsusi təyinatlı batalyonunun döyüşçüləri Fort Lenkada bacarıqlarını nümayiş etdirirlər.

7 / 25

Yoqa ilə məşqul olanlar Nyu-Yorkdakı Tayms-skverdə keçirilən tədbirdə.

8 / 25

Ekvadorun paytaxtı Kitoda hökumətə qarşı etirazlar zamanı əsgərlər nümayişçini saxlayır.

9 / 25

Kraliça Panqke Tabora (sağda) və onun tələbələri Filippinin Mabini şəhərindəki "Ocean Camp"da su pərisi dərsinə hazırlaşırlar.

10 / 25

Banqladeşin Sunamqanc şəhərində su basmış küçədə qalmış yük maşınları.

11 / 25

Modellər Moskva Moda Həftəsi çərçivəsində modelyer Vyaçeslav Zaytsevin kolleksiyasını nümayiş etdirirlər.

12 / 25

Turist Kolumbiyanın Medellin şəhərindəki La Komuna 13 rayonunda attraksionda əylənir.

13 / 25

Avstraliyalı model Şanina Şeyk Paris Moda Həftəsi çərçivəsində "Givenchy Spring/Summer 2023" kişi geyimlərinin nümayişinə gəlir.

14 / 25

Hindistanın Əhmədabad şəhərində keçirilən festivada kişi motosikl ilə kaskadyorluq edir.

15 / 25

ABŞ millisinin üzvü Budapeştdə keçirilən Su idman növləri üzrə Dünya Çempionatı zamanı çıxış edərkən huşunu itirən sinxron üzgüçü Anita Alvaresi hovuzun dərinliyindən çıxarır.

16 / 25

"Milli cəbhə" siyasi partiyasının lideri və parlamentin üzvü Marin Le Pen Parisdəki Yelisey sarayında danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makronla görüşərkən.

17 / 25

ABŞ-ın Nyu-York ştatının Territaun şəhərində keçirilən Vestminster Klubunun təşkil etdiyi it yarışının qalibi.

18 / 25

İspaniyanın Siudadela şəhərində keçirilən ənənəvi San Xuan festivalı zamanı uşaqlar atı sığallayırlar.

19 / 25

Melburndakı etiraz aksiyasında "Blinky" müqəvvası.

20 / 25

Parisdə Eyfel qülləsinin qarşısındakı Trokadero fəvvarələrində kişi sərinlənir.

21 / 25

Şanxayda yolun yuxarıdan görünüşü.

22 / 25

"Imilla Skate" qadın skeytbordinq qrupundan olan boliviyalı qız skeyt sürür.

23 / 25

Dəmir yolunun əməkdaşı Çində yağan güclü yağışlardan sonra su altında qalan dəmir yoluna baxır.

24 / 25

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən XIX Su idman növləri üzrə dünya Çempionatında ABŞ komandası.

25 / 25

Pakistanda keçirilən öküz yarışlarıından kadr

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.