BAKI, 26 iyun - Sputnik. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi orta ümumtəhsil təhsili almış gənclərə, hazırda olduğu kimi, 3 aylıq hərbi xidmətdən sonra deyil, dərhal hərbi xidmət müqaviləsi bağlamağa icazə verən düzəlişləri təsdiqləyib.
İnterfax xəbər verir ki, beləliklə, Komitənin sədri Andrey Kartapolovun təşəbbüsü ilə irəli sürülmüş dəyişikliklərin qəbulu tövsiyə edilib.
Təklif olunan dəyişikliklərdən birində göstərilir ki, ehtiyatda olmayan, orta ümumi təhsil almış və Rusiya Federasiyası Silahlı Qüvvələrində hərbi xidmətə daxil olan kişi vətəndaşlar, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarının tərkibində müqavilə əsasında xidmət edə bilərlər.
Eyni zamanda, Kartapolov dörd aydan az xidmət etmiş əsgərlərin, matrosların, çavuşların və komandirlərin silahlı münaqişələrə göndərilməsinin qanunla olaraq qadağan edilməsini də təklif edib.
Beləliklə, dəyişikliklər qüvvəyə mindiyi təqdirdə, müqavilə ilə xidmət edən əsgərlər yalnız dörd aylıq xidmətdən sonra silahlı münaqişələrə göndərilə biləcəklər.
Dəyişikliklər əvvəllər birinci oxunuşda qəbul edilmiş və 2011-ci ilin noyabrında Dumaya təqdim edilmiş 11599-8 saylı qanun layihəsinə təklif edilib.
Qanun layihəsinə iyunun 28-də ikinci və yəqin ki, dərhal da üçüncü, yekun oxunuşda baxılacaq.
Digər bir dəyişiklik müqavilə əsasında hərbi xidməti başa vurmuş, yüksək ixtisaslı mütəxəssis olan və hərbi xidmətdə olmanın son yaş həddinə çatmış Rusiya Federasiyası vətəndaşlarının RF Xarici Kəşfiyyat Xidmətində hərbi xidmət üçün, Xidmət rəisinin müəyyən etdiyi qaydada və ya bu vətəndaşların ali zabit hərbi rütbələri olduğu təqdirdə yeni müqavilə bağlaya biləcəyini nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.