BAKI, 26 iyun - Sputnik. Rusiya Aerokosmik Qüvvələri Dnepropetrovsk vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini hava döyüşündə vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Dnepropetrovsk vilayətinin Zelenodolsk kəndi yaxınlığında vurulub", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, RF Müdafiə Nazirliyi bu gün Rusiyanın hava hücumundan müdafiə sistemləri (ADS) tərəfindən son sutka ərzində Ukraynaya məxsus 8 pilotsuz uçan aparatı və 19 MLRS mərmisinin vurulduğu barədə də məlumat yayıb.
“Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk Xalq Respublikasının Varvarovka, Ray-Aleksandrovka, Xerson vilayətinin Belyayevka, Xarkov vilayətinin Malaya Kamışevaxa və Malıye Proxodı yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını məhv edib", - deyə məlumatda bildirilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin