BAKI, 26 iyun - Sputnik. ABŞ-ın II Dünya Müharibəsinə aid döyüş gəmisinin qalıqları dənizin yeddi kilometr dərinliyindən tapılıb. İnterfax-ın verdiyi xəbərə görə, gəmi 1944-cü ilin oktyabrında Filippin dənizində Leyte körfəzi döyüşü zamanı batıb.
6985 metr dərinlikdə aşkar edilən ABŞ-a məxsus "USS Samuel B. Roberts" gəmisi yarıya bölünmüş vəziyyətdə tapılıb.
Beləliklə, bu, dənizdə ən dərin yerdən tapılan gəmidir.
Bildirilir ki, əvvəlki rekord suyun səthinə 426 metr daha az dəruinlikdə aşkar olunmuş "USS Johnson Fletcher" gəmisinə məxsus olub.
Associated Press-in məlumatına görə, batmış esminesdən kapitan da daxil olmaqla 120 nəfər xilas edilib, daha 89 ekipaj üzvü isə həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.