BAKI, 26 iyun - Sputnik. ABŞ son iki ildə geriləyib və dünyanın gülüş obyektinə çevrilib. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp İllinoys ştatında tərəfdarlarının qarşısında çıxış edərkən bildirib.
"ABŞ artıq böyük ölkə deyil, tənəzzül ölkəsidir. Bunu sizə deməyə nifrət edirəm" - deyə o bildirib.
Tramp rekord inflyasiya və yanacağın qiymətlərini, yüksək cinayət nisbətlərini, mətbuat azadlığının olmamasını və enerji müstəqilliyinin itirilməsini əsas problemlər kimi göstərib.
O bildirib ki, buna görə də Vaşinqton Venesuela və Səudiyyə Ərəbistanına neft üçün yalvarır .
"Amma bəlkə də ən əsası odur ki, son iki ildə ölkəni dinləmək və ona hörmət etmək dayanıb. Bu ölkəmizi bir çox cəhətdən gülüş obyektinə çevrilib", - deyə o, fikirlərini tammalayıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin böyük bəla içində olduğunu bildirmişdi. O, ABŞ-ın heç vaxt bu vəziyyətdə olmadığını deyib.
Bundan əvvəl Tramp bildirib ki, Ukraynadakı münaqişə razılaşma ilə tamamlanmalıdır. O, həmçinin bildirib ki, ABŞ-ın siyasətinə görə Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə qədər uzana bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.