BAKI, 25 iyun - Sputnik. Rusiyanın Hava Kosmik Qüvvələri ötən sutka ərzində Konstantinovkadakı Meqatex zavodunun binalarına zərbələr endirib, nəticədə 80-ə yaxın polşalı muzdlu məhv edilib.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Zmeyinı adası yaxınlığında da daxil olmaqla Ukraynanın 21 pilotsuz uçuş aparatını vurub: "Bundan əlavə, Xerson vilayətinin Molodyojnoye yaşayış məntəqəsi yaxınlığında Toçka-U" ballistik raketi və 16 reaktiv yaylım atəşi qurğusu məhv edilib".