BAKI, 25 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevöz Twitter hesabında Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Qeyd edək ki, sabah Azərbaycanın Silahlı Qüvvələri Günüdür. Silahlı Qüvvələrin yaradılmasından 104 il ötür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib.