QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib

Tapılan döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Sputnik
BAKI, 25 iyun - Sputnik. Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.
Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.