BAKI, 25 iyun - Sputnik. “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlinə əlavə edilib.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.
Belə ki, sənədlə Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının Katibliyi mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların sırasına daxil edilib.
Qeyd edək ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.