HADİSƏ

Azərbaycanın taekvondo ailəsinə ağır itki üz verib

Br çox idmançının yetişdirilməsində rolu olan, hazırda məşqçi kimi fəaliyyət göstərən bir neçə məşqçi-müəllimlərə taekvondonun sirlərini öyrədən Şahmurad Əlimuradov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Sputnik
BAKI, 25 iyun - Sputnik. Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.
Taekvondo Federasiyanın rəsmi feysbuk səhifəsində verilən məlumata görə, bir çox idmançının yetişdirilməsində rolu olan, hazırda məşqçi kimi fəaliyyət göstərən bir neçə məşqçi-müəllimlərə taekvondonun sirlərini öyrədən Şahmurad Əlimuradov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
O, bu ilin fevral ayınadək Sumqayıt şəhər Gənclər və İdman idarəsində baş məşqçi vəzifəsində çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.