DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ali Məhkəməsi abortla bağlı 1973-cü il qərarını ləğv edib

Ali Məhkəmənin qərarının elanından bir neçə dəqiqə sonra Missuri Baş Prokuroru aborta qadağa qoyan qanunu imzalayıb.
Sputnik
BAKI, 25 iyun - Sputnik. ABŞ Ali Məhkəməsi abortla bağlı 1973-cü il qərarını ləğv edib.
İngilis mediasının yaydığı xəbərə görə, beş mühafizəkar hakim qərarın ləğvi üçün səs verib.
Bununla da ABŞ-ın ən azı 22 ştatında abortun tamamilə və ya qismən qadağan ediləcəyi gözlənilir. Qanunu pozanları isə 15 illik həbs gözləyir.
Aborta yalnız qadının sağlamlığına ciddi təhlükə yarandıqda icazə verilir.
Qeyd edək ki, bu qərardan dərhal sonra ABŞ-ın bir çox ştatlarında böyük etirazlar başlayıb, onların bu gün də aksiyalarını davam etdirəcəyi gözlənilir.
ABŞ Prezidenti Bayden isə məhkəmənin qərarını şərh edərək bildirib ki, bu, Amerikada qadınların öz taleyinə nəzarət etməsinə mane olacaq bir qərardır.
Qeyd edək ki, Ali Məhkəmənin qərarının elanından bir neçə dəqiqə sonra Missuri Baş Prokuroru aborta qadağa qoyan qanunu imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.