SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və Azərbaycanda baş verənlər iki ölkə mediasında necə işıqlandırılacaq?

Ceyhun Bayramov Rusiyada Azərbaycan mediasının, Azərbaycanda isə "RİA Novosti"nin bloklanması haqqında danışaraq belə halların qarşısını almaq üçün mexanizmlərə ehtiyac olduğunu qeyd edib.
Sputnik
BAKI, 24 iyun - Sputnik. Moskvada Rusiya və Azərbaycanın media rəhbərlərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransı zamanı bəhs edib.
"Sözügedən tədbirlər zamanı tərəflər hər iki ölkənin ərazisində baş verən hadisələrin hansı tərzdə işıqlandırılması barədə müzakirələr aparacaqlar", - Rusiya XİN rəhbəri bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində Rusiyada Azərbaycan mediasının, Azərbaycanda isə "RİA Novosti"nin bloklanması haqqında danışaraq belə halların qarşısını almaq üçün mexanizmlərə ehtiyac olduğunu qeyd edib.
"Biz bu halları sonradan aradan qaldırmaq üçün neqativ yaratmamalıyıq. Bu məsələdə qarşılıqlı anlaşma var və tədbirlər keçirməyi düşünürük" - Azərbaycan XİN başçısı deyib.
SİYASƏT
Lavrov Bakıda nədən danışıb?