DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Popokatepetl vulkanı qadın alpinistin həyatına son qoydu

Mexiko şəhərinin şərqində yerləşən vulkanı 1994-cü ilin dekabrında yenidən oyandı və o vaxtdan bəri aktivdir. Ölkənin Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi alpinistləri kraterə 12 kilometrdən az yaxınlaşmaq barədə xəbərdarlıq edib.
Sputnik
BAKI, 24 iyun - Sputnik. Beş nəfərdən ibarət alpinist qrupu Meksikanın Popokatepetl vulkanının yamacında püskürməyə məruz qalıb. RİA Novostinin xəbərinə görə, bunu ölkənin Puebla ştatının daxili işlər naziri Ana Lusia Gil bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 25 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
"Qurbanların yamacdan enməsi təxminən saat 8:20-də başa çatıb, onlar Meksika ştatındakı xəstəxanalara aparılıblar. Bizə bir alpinistin - 25 yaşlı qadının ölümü barədə məlumat verilib", - deyə Gil Puebla əyalət hökuməti tərəfindən sosial şəbəkələrdə yayımlananmətbuat konfransında bildirib.
Cüməyə keçən gecə vulkanik daşların havaya atılması beş nəfərdən ibarət qrupu çətin vəziyyətə salıb.
Təxliyə üçün vertolyotdan istifadənin havada kül olması səbəbindən ərazidə mümkün olmadığı ortaya çıxıb. Qəza baş verən ərazidə qar və aramsız yağış səbəbindən xilasetmə əməliyyatı 7 saatdan çox davam edib.
Qeyd olunur ki, Mexiko şəhərinin şərqində yerləşən Popokatepetl vulkanı 1994-cü ilin dekabrında yenidən oyandı və o vaxtdan bəri aktivdir.
Kenapred - Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi alpinistləri kraterə 12 kilometrdən az yaxınlaşmaq barədə xəbərdarlıq edir - "Popo"nun atdığı daşların temperaturu Selsi şkalası ilə 1000 dərəcəni keçir.
Qeyd olunur ki, 1996-cı ildə beş alpinistdən ibarət qrup vulkanın yamacında püskürmə nəticəsində həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.