BAKI, 24 iyun — Sputnik. Dünyada neftin qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,30 dollar artaraq 110,35 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,53 dollar bahalaşaraq 104,80 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,79 dollar artaraq 118,57 dollar olub.
Həftənin son ticarət günündə neft bazarının qiymətləri sabitləşdirmək səyləri diqqət çəkir.
Qeyd edək ki, bu həftə ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Povelin ABŞ-da resessiyanın mümkün ola biləcəyi ilə bağlı açıqlamaları neft qiymətlərinə təzyiqi artırıb və qiymətlər aşağı düşüb.
Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı ilə bağlı narahatlıqlar var.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya, iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.