BAKI, 24 iyun — Sputnik. Ötən ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib. Bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov Səhiyyə Nazirliyinin Instagram səhifəsində canlı yayım zamanı bildirib.
O qeyd edib ki, qeydiyyata götürlən şəxslərdən 556-sı qadındır: "Yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2313 nəfəri 18-24 yaşında, 292 nəfəri isə 65 yaşındadır".
O, həmçinin bildirib ki, son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb. O.Cəfərovun sözlərinə görə, metamfetamin, el arasında yayılan adları ilə desək patı, şüşə kimi maddələr daha çox istifadə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.