BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində iştirak edəcək. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Planlaşdırır”, - deyə Peskov Putinin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində şəxsən iştirak etməyi planlaşdırırmı sualına cavab verərkən deyib.
RF Prezidentinin mətbuat katibi onu da əlavə edib ki, sammit çərçivəsində ikitərəfli görüşlərin planlaşdırılacağı təqdirdə Kreml məlumat verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.