BAKI, 23 iyun — Sputnik. Beyləqanda zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 15 nəfər evə buraxılıb.
Bunu Sputnik Azərbaycan-a "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
"Zəhərlənən şəxslər xəstəxanaya çatdırılan kimi dərhal intensiv tədbirlər görülüb. Onlar bir sutka nəzarətdə saxlanıldıqdan sonra evə buraxılıblar", - deyə o bildirib.
Xatırladaq ki, Beyləqanda pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.