İngiltərədə dəmiryol infrastrukturun idarə edən "Network Rail" şirkətinin minlərlə əməkdaşı və ölkənin 13 dəmiryol operatoru gecə saatlarında son 30 ilin ən böyük tətilini keçiriblər.
Qatarlar Qlazqo və Edinburqdan şimala getmir, Uelsdən nə cənubda Suonsiyə, nə də şimal-qərbdə Holihed şəhərlərinə getmək mümkün deyil.
"Glasgow Central" Şotlandiyada insanların ən sıx olduğu dəmir yolu stansiyasıdır, lakin çərşənbə axşamı, səhər saatlarında stansiyada göyərçinlərdən daha az sərnişin var idi.
Şotlandiyanın "ScotRail" dəmiryol şirkətinin işçiləri tətildə iştirak etməsələr də, bu şirkət qatarlarının yalnız 10%-i sənişinlərə xidmət edə bilər, çünki o əsasən "Network Rail" heyətinə güvənir.
Daha iki oxşar tətil cümə axşamı və şənbə günü ingilisləri gözləyir.
Çərşənbə axşamı gecə yarısı London metrosunun işçiləri də tətilçilərə qoşulublar.
London metrosunun doqquz xətti tamamilə bağlanıb, qalanları məhdud rejimdə fəaliyyət göstərir. Şəhər meri vətəndaşları digər nəqliyyat vasitələrindən istifadə etməyi də tövsiyə edir.
Düzdür, "Aslef" şirkətinin üzvləri gələn cümə axşamı və bir neçə başqa günlərdə tətil etməyə hazırlaşırlar, lakin bununla yanaşı, onların hər bir tətili eyni vaxtda bütün ölkə ərazisində deyil, ayrıca dəmiryol şirkəti çərçivəsində baş tutacaq.
Nəqliyyat Nazirliyinin hesablamalarına görə, bütün dəmiryol gedişlərin təxminən 44%-i əyləncə və ya alış-veriş məqsədləri üçün həyata keçirilir.
Sərnişinlərin 37%-i qatarla iş yerinə gedir və geri qayıdır. Əgər pandemiya ingilislərə evdən işləməyi öyrədibsə, bu, əyləncə sənayesinə şamil edilmir.
Tətillər məktəblilərə də təsir edəcək, çünki qaşıdan yay imtahanları gəlir. Şagirdlər nadir hallarda qatarlarla məktəbə getsələr də, müəllimlər arasında onların sayı daha çoxdur.
Tətillərlə əlaqədar məktəblər və kolleclər qaydaları bir qədər yumşaldıblar: imtahanlara bir saat gecikmək olar, zərurət yaranarsa məktəblər imtahanın başlanğıc vaxtını öz istəyi ilə təxirə sala bilərlər.