NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşır - Nə baş verir?

Dünyada neftin qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Dünya bazarlarında neftin qiymətləri ucuzlaşır.
Azərbaycan neftinin qiyməti 3,95 ABŞ dolları və ya 3,24% azalaraq 117,78 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 1,26 dollar azalaraq 110,48 dollar, "Light" markalı neftin qiyməti isə 1,42 dollar ucuzlaşaraq 104,77 dollar olub.
ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Povelin ABŞ-da resessiyanın mümkün ola biləcəyi ilə bağlı açıqlamaları neft qiymətlərinə təzyiqi daha da artırıb.
Resessiya təzyiqi neft qiymətlərini aşağı salmağa davam edir. Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı ilə bağlı narahatlıqlar var.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya, iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.