HADİSƏ

Masallıda 3 avtomobil toqquşub, 23 nəfər yaralanıb

Hazırda yaralılara zəruri tibbi yardım göstərilir.
Sputnik
BAKI, 23 iyun - Sputnik. Masallıda zəncirvarı yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.
Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobili toqquşub.
Hadisədə ümumilikdə 23 nəfər yaralanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 17-si Masallı Rayon Mərkəzi Xəstəxanasına, 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.